Antalyada dəqiqələr ərzində hava kəskin dəyişdi: uçuşlar LƏĞV EDİLDİ
Bizi izləyin

Region

Antalyada dəqiqələr ərzində hava kəskin dəyişdi: uçuşlar LƏĞV EDİLDİ

Türkiyənin Antalya hava limanında qasırğa səbəbindən bir sıra uçuşlar təxirə salınıb.

Publika.az xəbər verir ki, son günlər Türkiyə ərazisində, xüsusən də ölkənin turizm bölgələrində havanın temperaturu +40 dərəcəni ötsə də, bu gün bölgədə hava kəskin dəyişib.

Məlumata görə, 15 dəqiqə ərzində temperatur 16 dərəcə aşağı enib.

Günün ikinci yarısından etibarən Türkiyənin Antalya bölgəsində əvvəlcə qum fırtınası, daha sonra isə anidən qasırğa baş verib və leysan xarakterli yağış yağıb.

Qeyri-sabit hava şəraiti ilə əlaqədar Antalyadan bu günə təyin edilən bəzi reyslər ləğv edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm