Dağıstan terroru ilə bağlı daha bir təfərrüat üzə çıxdı: hadisədən əvvəl...
Bizi izləyin

Region

Dağıstan terroru ilə bağlı daha bir təfərrüat üzə çıxdı: hadisədən əvvəl...

Dağıstanın Serqokalinski rayonunun keçmiş rəhbəri Maqomed Ömərovun oğulları qardaşları Osman Ömərovun qarşısını almağa cəhd ediblər.

Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti” qardaşlardan birinin həyat yoldaşı Zarina Ömərovaya istinadən yazır.

Keçmiş başçının övladlarının xırda xuliqanlıq etdiklərinə görə həbs olunduğu məlum olub. Osman Ömərovun Mahaçqalada terror aktının iştirakçısı olduğu güman edilir. Hücum edənlərin zərərsizləşdirilməsi nəticəsində qardaşlardan biri öldürülüb.

Qadının sözlərinə görə, faciə baş verən gün həyat yoldaşı şəhərə gedib və ona zəng edib. O, Osmanın “sosial şəbəkələrdə qəribə statusu” olduğunu gördüyünü bildirib. Qardaşlar təcili olaraq şəhərə yollanıblar, qohumlardan birinin yanına getməyə çalışıblar.

“Onlardan biri qışqırdı: “Osman, dur, sənə yalvarıram!” Amma Osman heç kimi eşitmədi”, - deyə Ömərova qeyd edib.

Həmin gün qadın əri və ailəsi ilə birlikdə istirahət mərkəzində olub. Osman onların yanında olmayıb, qohumları onunla nadir hallarda əlaqə saxlayırmışlar. Ailədə heç kimin onun radikal əhval-ruhiyyəsindən xəbəri olmayıb.

Yada salaq ki, iyunun 23-də Dərbənd və Mahaçqalada pravoslav kilsələrinə, sinaqoqlara və yol polisi postuna basqın edilib. Nəticədə 20-dən çox insan həlak olub.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm