Zurabişvilidən ABŞ-ın hərbi təlimləri təxirə salmasına REAKSİYA
Bizi izləyin

Region

Zurabişvilidən ABŞ-ın hərbi təlimləri təxirə salmasına REAKSİYA

Gürcüstan hökuməti Rusiyanın xarici agentlər haqqında qanunu qəbul etməklə Avropa yolunu təhlükəyə atdılar, indi də bizim strateji əməkdaşlığımızı təhlükə altına atırlar.

Publika.az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili özünün "Facebook" hesabında yazıb.

O, ABŞ-ın Gürcüstanla birgə hərbi təlimlərinin təxirə salınmasını belə şərh edib:

"Bu əməkdaşlıq bizim müdafiə qüvvələrimizin inkişafı və NATO standartlarına yaxınlaşmağımızın əsasını təşkil edir”.

Xatırladaq ki, bu gün Pentaqon ABŞ-nin ikitərəfli münasibətlərə yenidən baxılması səbəbindən Gürcüstanla birgə "Noble Partner" hərbi təlimlərini qeyri-müəyyən müddətə təxirə saldığı barədə bəyanat verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm