Region
Ərdoğan-Özəl görüşündə maraqlı detal: Baxçalının həmin gün taxdığı üzüyün sirri...
Xəbər verdiyimiz kimi, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ölkənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl arasında görüş keçirilib. Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının Ərdoğanın Özəl və Ayşə Atəşlə görüşəcəyi gün partiyasının qrup toplantısında taxdığı üzük böyük marağa səbəb olub. Baxçalının sosial media hesabında paylaşdığı fotoda üzükdəki “Allah mənə yetər” sözləri diqqət çəkib.
Publika.az xəbər verir ki, “Duvar” qəzetinin Ankara təmsilçisi Nərgiz Dəmirqaya bildirib ki, üzük TBMM-nin müxalifət lobbisində “Ərdoğana mesaj” kimi şərh edilsə də, “rəisə xəbərdarlıq” kimi dəyərləndirilib.
N.Dəmirqayanın MHP qaynaqlarından əldə etdiyi məlumata görə, üzükdəki “Allah mənə yetər” ifadəsi Qurani-Kərimin müxtəlif surələrində qeyd olunsa da, Baxçalının istinadı Ali İmran surəsinin 173-cü ayəsidir.
Ayədə deyilir: “Bəzi insanlar onlara: “İnsanlar sizə qarşı əsgər topladılar, onlardan qorxun!” dedilər və bu, onların imanını artırdı və “Allah bizə yetər! O, necə də gözəl vəkildir!” deyə cavab verdilər”.
Ali-İmran surəsinin 173-cü ayəsinin təfsirində aşağıdakı ifadələr yer alır: “Qüreyş ordusunun komandiri Əbu Süfyan Ravhada olarkən yenidən müsəlmanlara hücum edib onları məhv etmək planı hazırlayarkən, müsəlmanların böyük bir qüvvə ilə Həmra əl-Əsədin yanına gəldikləri xəbərini alanda planından əl çəkir. Bu arada o, yoldan keçən karvandakılara “Əgər Məhəmmədə rast gəlsəniz, deyin ki, onları bütövlükdə məhv edəcəyik” deməklə müsəlmanları psixoloji müharibə ilə qorxutmaq istəyirdi. Bu söz Peyğəmbərlə birlikdə müsəlmanların yanına çatdıqda, onlar: “Həsbünallahu və ni’mə’l-vəkil” (Allah bizə yetər, O, nə gözəl vəkildir) dedilər. Bu hadisə ilə əlaqədar nazil olan bu ayə müsəlmanların hər cür mənfiliklərə baxmayaraq Allaha və Rəsuluna iman, təvəkkül və qətiyyətini göstərir. Buxarinin rəvayətinə görə, Peyğəmbər bu sözləri oda atıldığı gün demişdir. İbrahim də demişdir (Buxari, “Təfsir”, 3/13; İbn Kesir, II, 146-147).
Akqabay
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?