Antalyada otellərin yerləşdiyi ərazidə GÜCLÜ YANĞIN
Bizi izləyin

Region

Antalyada otellərin yerləşdiyi ərazidə GÜCLÜ YANĞIN

Türkiyənin Antalya kurortunda otellərin yerləşdiyi Lara bölgəsində meşə yanğını başlayıb.

Publika.az xəbər verir ki, Bu barədə şəhərin meri Muhittin Böcek "X" hesabında məlumat verib.

Onun sözlərinə görə, yanğın qurudan və havadan müdaxilə edilərək söndürülür.

Antalyada hazırda orta temperatur +37 dərəcədir.

Mer qeyd edib ki, belə havalarda meşə yanğınlarının baş verməsi riski artdığına görə səlahiyyətlilər hazırlıq vəziyyətindədir.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm