Türkiyə boğazlardan keçid haqqını ARTIRDI
Bizi izləyin

Region

Türkiyə boğazlardan keçid haqqını ARTIRDI

İyulun 1-dən etibarən xarici ticarət gəmilərinin Boğaziçi və Çanaqqala boğazlarından keçməsinə görə rüsum əvvəlki 4,42 dollar əvəzinə, hər xalis ton üçün 5,07 dollara qaldırılıb.

Publika.az xəbər verir ki, bu qərarı Türkiyənin Nəqliyyat Nazirliyi verib.

Rəsmi sənəddə qeyd olunub ki, tarif artımı əvvəlcədən planlaşdırılıb.

Nəqliyyat Nazirliyinin rəhbəri Əbdülkadir Uraloğlu daha əvvəl bildirmişdi ki, rüsumun məbləğinə yenidən baxılması Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 7 oktyabr 2022-ci il tarixli fərmanına əsasən həyata keçirilir.

Boğaziçi və Çanaqqala boğazında gəmiçiliyi tənzimləmək üçün 1936-cı ildə imzalanmış Montrö Konvensiyasına görə, dayanmadan keçən ticarət gəmiləri tibbi nəzarət, mayak və gəmi təxliyyə xidmətləri üçün ödənişə tabedir. 1983-cü ilin əvvəlindən rüsumlar qızıl frankla hesablanıb və gəminin xalis tonajı üçün $0,80 təşkil edib. 2022-ci ilin oktyabr ayında bu prosedur dəyişdirildi və tarif 4,08 dollara qədər artırıldı.

Türkiyə nümayəndələri daha əvvəl izah etmişdilər ki, xarici gəmilər tərəfindən boğazlardan istifadə haqqının artırılması hər il xəzinəyə ən azı 900 milyon dollar daxil olacaq.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm