Kiyevdə KRİTİK GÖRÜŞ: Orbanın bu təklifi Zelenskini sevindirmədi
Bizi izləyin

Avropa

Kiyevdə KRİTİK GÖRÜŞ: Orbanın bu təklifi Zelenskini sevindirmədi

Macarıstanın baş naziri Viktor Orbanın Ukraynada Rusiya tərəfi ilə sülh danışıqlarına başlamaq üçün atəşkəs təklifi prezident Volodimir Zelenskini sevindirməyib.

Publika.az xəbər verir ki, bu barədə İsveçrənin "Die Weltwoche" nəşri məlumat yayıb.

Nəşr qeyd edib ki, Orban danışıqların davam etdiriləcəyinə ümid etdiyini deyib. Ukrayna lideri Zelenski isə təklifləri mənfi qarşılayıb və onlara qaçaq cavablar verib.

"Onun xoşuna gəlmirdi. Dedi: gəlin düşünək, bu barədə düşünək”, - Orban izah edib.

Macar baş nazirin sözlərinə görə, Zelenskinin reaksiyası onunla izah olunur ki, onun keçmişdə atəşkəslə bağlı uğursuz təcrübəsi olub. Zelenskini fikrincə onun Ukraynaya faydası olmayıb.

Xatırladaq ki, iyulun 2-də Macarıstanın Baş naziri Viktor Orban Ukraynanın paytaxtına gedib və prezident Volodimir Zelenskini sülh danışıqlarının yaxınlaşmasını sürətləndirmək üçün döyüşləri dayandırmağı düşünməyə çağırıb.

Qeyd edək ki, Ukrayna bu təklifləri rədd edib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm