"Day-daylı" xanım sürücüyə maşını verən şəxsin kimliyi məlum oldu - YENİLƏNDİ
Bizi izləyin

Sosial

"Day-daylı" xanım sürücüyə maşını verən şəxsin kimliyi məlum oldu - YENİLƏNDİ

Gəncədə yol hərəkəti qaydalarını kobud şəkildə pozan xanım sürücü özünü videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb.

Publika.az xəbər verir ki, o, paylaşdığı videonun rəy bölməsində sürücülük hüququnun olmadığını bildirib.

Xanım sürücü dəfələrlə "Rent a Car"dan bir sıra avtomobillər götürərək qayda pozuntuları törədib.

Qalmaqallı videoda qeydə alınan avtomobilin icarəyə verildiyi deyilən "Rent a Car"dan isə bildirilib ki, onların ünvanlarına səsləndirilən ittihamlar əsassızdır:

"Yayılan videodakı qadın bizə müraciət etməyib, bizim müştərimiz olmayıb. Maşını Əli adlı kişi icarəyə götürüb. Müştəri avtomobili qadın sürücüyə verib və bu hadisə olub. Bütün məsuliyyət maşını götürən şəxsə aiddir".

***

Gəncədə yol hərəkəti qaydalarını pozan xanım sürücü özünü videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb.

Publika.az xəbər verir ki, sürücü Aysu Nurəliyeva idarə etdiyi 77-FB-782 qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobillə manevr qaydalarını pozub.

Paylaşdığı videonun rəy bölməsində sürücülük hüququnun olmadığını və ona verilən suala cavab olaraq "day-dayılıq" edəninin olduğunu bildirib.

Xanım sürücü dəfələrlə "Rent a Car"dan bir sıra avtomobillər götürərək qayda pozuntuları törədib.

Həmin görüntüləri "Avtosfer"ə istinadla təqdim edirik:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm