Region
Dəhşətli terror aktının təşkilatçısı ƏLƏ KEÇDİ
İranın xüsusi xidmət orqanları yanvar ayında Kirman şəhərində insanların ölümü ilə nəticələnən terror aktının təşkilatçısını saxlayıblar.
Publika.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi ölkənin Kəşfiyyat Nazirliyinə istinadla məlumat yayıb.
“Nazirlikdən bildirilib ki, xüsusi xidmət orqanları Abdullah Kvettanı ələ keçirərək İrana aparıblar. Həmin şəxsi yanvarın əvvəlində Kirmanda törədilən ölümcül hücumun əsas təşkilatçılarından və liderlərindən biridir.
Agentlik həmçinin qeyd edib ki, həbs edilən şəxsdən əldə edilən kəşfiyyat məlumatları İrana bir neçə başqa terror planının qarşısını almağa kömək edib. Bundan əlavə, terrorda şübhəli bilinən digər şəxsləri, eləcə də onların gizləndikləri yerləri müəyyən etmək mümkün olub.
Kəşfiyyat məlumatlarına görə, İranda keçirilən son prezident seçkiləri zamanı bir neçə terrorçu da təxribat törətməyi planlaşdırıb.
Sözügedən faciə yanvarın 3-ü axşam saatlarında baş verib. İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı Qasim Süleymaninin xatirəsinə keçirilən yas mərasimləri zamanı iki partlayış baş verib . Nəticədə 103 nəfər ölüb.
Hüseyn İbadlı
-
Magazin108:24“Toppuş bacı”nın əri: Elə bir yerə çatmışam ki, heç nə kömək etmir - Foto
-
Kriminal08:1017 yaşlı oğlan atasını ov tüfəngi ilə öldürdü
-
Ekopublika.az07:35Bakıda mənzillərin ən çox bahalaşdığı rayonlar - Siyahı
-
Ekologiya06:16Tehranda "qara yağış": Qonşu ölkədəki çirkli havanın Azərbaycana təsiri var? - Video
-
Magazin205:45Keyt Moss Merilin Monro obrazında - Foto
-
Qoroskop01:40Günün ulduz falı: keçmişdən gələn mövzu yenidən qapını döyə bilər
-
ABŞ00:15İranı bir saat ərzində məhv edə bilərdik - Tramp
-
Kriminal11 Mart 21:51Könül Həmzəyeva saxlanıldı



































