İdman
İnfantino Trampla görüşdü: İranın taleyi bəlli oldu
FİFA prezidenti Canni İnfantino ABŞ prezidenti Donald Trampla görüşdüyünü və onun İranın DÇ-2026-da iştirakını alqışladığını bildirib.
Publika.az xəbər verir ki, Tramp əvvəllər İran komandasının qarşıdan gələn mundialda iştirak edib-etməyəcəyinin onun üçün əhəmiyyətsiz olduğunu bildirmişdi.
“Mən ABŞ Prezidenti Donald Trampla qarşıdan gələn Dünya Kubokuna hazırlıqları və turnirin cəmi 93 gün sonra başlaması ilə bağlı artan həyəcanı müzakirə etmək üçün görüşdüm.
Biz həmçinin İrandakı mövcud vəziyyəti və İran milli komandasının 2026-cı il Dünya Kubokuna vəsiqə qazanmasını müzakirə etdik. Müzakirələrimiz zamanı Prezident Tramp İran komandasının ABŞ-da keçiriləcək turnirdə iştirakına əlbəttə ki, “xoş gəlirlər” reaksiyası verdi”, - İnfantino bildirib.
FİFA prezidenti yazıb ki, hamımız insanları bir araya gətirmək üçün Dünya Kuboku kimi bir tədbirə indi əvvəlkindən daha çox ehtiyac duyuruq və dəstəyinə görə Amerika Birləşmiş Ştatları Prezidentinə səmimi qəlbdən təşəkkür edirəm - bu, bir daha sübut edir ki, futbol dünyanı birləşdirir .
DÇ-2026 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. İran qrup mərhələsində Yeni Zelandiya, Belçika və Misirlə qarşılaşacaq. Oyunlar Los-Anceles və Sietlda keçiriləcək.
Fevral ayının sonunda ABŞ və İsrail İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıblar.
Heybət
-
İdman13:24Neymar yenə qalmaqal yaratdı: Bu modeli "bəyənməsi" başına bəla oldu - FOTOLAR
-
Nida Xəbər 13:12Hərbçilərə ŞAD XƏBƏR - Maaşlar artırıldı
-
Dünya11:17İsrail "Türkiyə yeni İrandır" dedi, ortalıq qarışdı - ABŞ-dan xəbərdarlıq gəldi
-
Yaxın Şərq10:46Müctəba Xamenei necə və nə vaxt yaralanıb? - ABŞ detalları açıqladı
-
Yaxın Şərq09:58Ümid edirik ki, ABŞ mesajı başa düşdü: İran bu gəmini “yaraladığını” iddia edir
-
MDB09:16Təyyarə təcili qəza siqnalı verdi, aeroporta qayıdır: Hava limanında hazırlıq görülür
-
İdman08:48Lamin Yamal "Barselona" üçün tarixi rekorda imza atdı
-
Cənubi Qafqaz08:36Paşinyana alma atanın taleyi ilə bağlı yeni xəbər


























.jpg)









