Gürcüstan bunun hesabına yaşayır: Azərbaycanlılar 78 milyon dollar veriblər
Bizi izləyin

Region

Gürcüstan bunun hesabına yaşayır: Azərbaycanlılar 78 milyon dollar veriblər

Bu ilin birinci yarısında Gürcüstanda beynəlxalq turizmdən əldə olunan gəlirin həcmi rekord vuraraq 1,9 milyard dollar təşkil edib.

Publika.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyası məlumat yayıb. Ən çox gəliri Aİ və Böyük Britaniyadan gələn turistlərin səfərləri təmin edib.

Aİ və Böyük Britaniyadan gələn turistlərdən 246 milyon dollar daxil olub ki, bu da ötən ilin birinci yarısının müvafiq göstəricisindən 14 faiz çoxdur. Gürcüstan Milli Bankının məlumatına görə, turizm gəlirləri aşağıdakı nisbətlərə görə bölünür: Rusiya: 380 milyon dollar, Türkiyə: 287 milyon dollar, Aİ və Böyük Britaniya: 246,3 milyon dollar, İsrail: 175,4 milyon dollar, Azərbaycan: 78,5 milyon dollar, Ukrayna - 69 milyon dollar, İran - 64,2 milyon dollar, Ermənistan - 64,1 milyon dollar, Belarus - 39 milyon dollar, Səudiyyə Ərəbistanı - 32,6 milyon dollar, digər ölkələr - 462 milyon dollardır. Bu ilin birinci yarısında Gürcüstana 3 milyon turist səfər edib. Ən çox səfər Türkiyə, Rusiya və Ermənistandan olub.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm