Region
Gürcüstan prezidentinin debat çağışı rədd edildi
“Gürcü arzusu” partiyası hakimiyyətdə olan partiyanın fəxri prezidenti Bidzina İvanişvilini debata çağıran Gürcüstan prezidenti Salome Zurabişviliyə rədd cavabı verilib.
Publika.az xəbər verir ki, bu barədə “Exo of Caucasus” məlumat yayıb.
Prezident Salome Zurabişvili “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvilini müzakirəyə çağırıb. Onun mesajlarına görə, Gürcüstanın Aİ-yə daxil olması “Gürcü arzusu”nun tənqid və təhqir hədəfinə çevrilib.
“Çəkisi çox aşağı olan siyasətçi Bidzina İvanişvili kimi fövqəlçəkili və nüfuzlu siyasətçi və ictimai xadimə debatda meydan oxuya bilməz. Belə müzakirələr olmayacaq”, - Salome Zurabişvilinin təklifinə cavab olaraq “Gürcü Arzusu” partiyasının deputatı Beka Odişariya bildirib.
Hakim gücün digər nümayəndələri də prezidentin təklifini qeyri-ciddi hesab ediblər. Parlamentin spikeri Şalva Papuaşvili dövlət başçısını Gürcüstan Konstitusiyasını pozmaqda və seçki kampaniyasında iştirakda ittiham edib.
Parlament çoxluğunun üzvü Aluda Quduşauri isə daha sərt çıxış edib: “Salome Zurabişvilinin simasında tribunadan danışanlar “Milli Hərəkatın” ortabab, aşağı rütbəli təbliğatçısından başqa bir şey deyildi”.
Adəm Abbaslı
-
Dünya19:00
Ərdoğan Suriya XİN başçısını qəbul etdi
-
Sosial17:25
Məktəblərdə telefondan istifadə qadağan edildi
-
Region17:07
ABŞ Ermənistana bu qədər sərmayə qoyub - Departament açıqladı
-
Sosial16:35
İlham Əliyev iki fərman imzaladı
-
Hadisə16:08
Əsgərimiz özünü öldürüb - FOTO/RƏSMİ
-
Rəsmi xronika15:16
İlham Əliyev türkiyəli aktyoru təltif etdi - FOTO
-
Kriminal14:18
Atası oğlunu öldürəni bağışlamışdı, amma... - Məhkəmə qərar verdi
-
ABŞ13:22
Dünyanın ən varlı 3 milyarderi andiçmədə Trampın yanında olacaq: Bu qədər pul veriblər