Region
Paşinyan məzuniyyətdən qayıdır: Elə şeylər edəcək ki...
Avqustun 12-də Ermənistanın baş naziri Nikol Paşinyanın məzuniyyəti başa çatır.
Publika.az xəbər verir ki, “Joqovurd” qəzetinin dərc etdiyi məlumata görə, Paşinyanın budəfəki qayıdışı fərqli olacaq. Onun kadr islahatları aparacağı deyilir.
Hökumətə yaxın mənbələr qəzetə deyib ki, Paşinyanın kabinetlərdə dəyişikliklərə başlayacağı istisna olunmur. Müxtəlif vəzifədən azad edilmələr və təyinatlar gözlənilir.
Mənbələr Nikol Paşinyanın konkret mesajlar verəcəyi mətbuat konfransını da səbirsizliklə gözlədiklərini bildiriblər. Onlar sülh müqaviləsinin imzalanmasına, Ermənistan Konstitusiyasının dəyişdirilib-dəyişdirilməməsi ilə bağlı Azərbaycanın təkliflərinə, eləcə də onun qarşıdakı fəaliyyətlərinə istinad edəcəklər.
Mənbələr onu da çatdırıb ki, Ermənistanın Bakıda keçiriləcək COP-29-da iştirak edib-etməyəcəyi barədə yekun qərar verilməlidir.
Adəm Abbaslı
-
Dünya17:14
Türkiyə gözəli bu məşhur şəxsin qızı imiş - Foto
-
MDB16:42
Moskva qovrula bilər: Elə istilər gəlir ki...
-
MDB15:58
Cəhənnəm yaşatdılar: Rusiya prezident briqadasını 500 kiloqramlıq bombalarla vurdu
-
MDB15:25
Putin orduya göstəriş verdi: bu tarixə qədər Kursku alın!
-
Cənubi Qafqaz15:12
Xankəndidən qaçan erməninin Zəngəzurla bağlı dedikləri İrəvanı qarışdırdı
-
Dünya14:42
Tramp çıxışı ilə dünyanı təəccübləndirdi: Putindən qorxur?
-
Maraq dünyası14:04
Beləsi olmamışdı: Görün gəlin nikah masasına nə ilə gəldi - FOTOLAR
-
Sosial12:50
Sabah yağış yağacaq, şimşək çaxacaq