Gürcüstan hökuməti əhalidən torpaqları zorla alır: Ermənistanla sərhədə yol çəkir - VİDEO
Bizi izləyin

Region

Gürcüstan hökuməti əhalidən torpaqları zorla alır: Ermənistanla sərhədə yol çəkir - VİDEO

Gürcüstan hökuməti Ermənistanla sərhədə qədər yeni Rustavi-Sadaxlı avtomobil yolunun tikintisi üçün Marneuli rayonundakı torpaqları mülkiyyətçilərdən müsadirə edir.

Publika.az xəbər verir ki, bu barədə “Novosti-Georgia” portalı məlumat yayıb.

Layihə Şərq-Qərb Beynəlxalq Yol Layihəsi üçün kredit sazişi çərçivəsində Avropa İnvestisiya Bankı tərəfindən maliyyələşdirilir.

Mövcud yola paralel uzanacaq yeni marşrut xətti dördzolaqlı olacaq və uzunluğu 11 körpü və keçid daxil olmaqla 30 kilometrə yaxın olacaq. Tikinti 250 milyon avroya başa gələcək.

Sərəncamın mətnindən belə nəticəyə gəlmək olar ki, bir neçə torpaq mülkiyyətçisi onu satmaqdan imtina edib və ya təklif olunan qiymətlə razılaşmayıb və indi torpaq sahələrinin alınması zorla həyata keçiriləcək.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm