Nida Təhlil
ABŞ qüvvələrini sərhədimizə göndərir: Ermənistanın yeni planı nədir?
Xəbər verdiyimiz kimi, Ermənistan və ABŞ arasında strateji sənəd imzalanıb. Sənəd ABŞ-ın Gömrük və Sərhəd Mühafizə Qrupunun Ermənistan sərhədinə göndərilməsini ehtiva edir. ABŞ-ın dövlət katibi Entoni Blinken komandanın missiyasının Ermənistan sərhədinin təhlükəsizliyi potensialının artırılması olduğunu bildirib.
Mövzu ilə bağlı Publika.az-a danışan ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza bildirib ki, Gömrük və Sərhəd Mühafizə Qrupunun Ermənistan sərhədinə yerləşdirilməsi heç bir risk daşımır:
“ABŞ və Ermənistan arasında əməkdaşlıq var. Həmçinin bu məsələ bütün Cənubi Qafqazda sabitliyin möhkəmlənməsinə kömək edir. Bu, xüsusilə ona görədir ki, son vaxtlara qədər Ermənistanın sərhəd mühafizəsi Rusiya tərəfindən idarə olunurdu. Lakin Rusiya Gürcüstanın təxminən 20 faizini və Ukraynanın bəzi ərazilərini işğal edərək sübut etdi ki, o, sülh və ya sabitlik qüvvəsi ola bilməz. Üstəlik, hazırda da Rusiya faktiki olaraq Ukraynanın işğalını davam etdirir.
Beləliklə, Ermənistanın sərhəd mühafizəsini Rusiyanın nəzarətindən kənarlaşdıraraq müstəqil imkanlara çevirmək strateji maraqlara uyğundur. Şübhəsiz ki, ABŞ Rusiyanın regionda sabitliyin pozulması ilə bağlı sübut edilmiş rekordunu nəzərə aldıqda Cənubi Qafqazın bütün ölkələrini müdafiə etmək üçün addım atır”.

Ekspert qeyd edir ki, İkinci Qarabağ Müharibəsindən sonra Ermənistan strateji cəhətdən Rusiyadan uzaqlaşaraq Avropa və ABŞ-a yaxınlaşıb:
“Vaşinqton bu vəziyyətin ABŞ-ın maraqlarına uyğun olduğunu düşünür. ABŞ hər bir ölkənin cinayətkarlığa, terrorizmə və ümumi sabitliyin pozulmasına qarşı mübarizə vasitəsi kimi öz sərhədlərinə nəzarət edə bilməsinin tərəfdarıdır.
Vaşinqton Rusiyanın necə reaksiya verəcəyi ilə bağlı isə maraqlanmır. Əslində, mən hesab edirəm ki, ABŞ Rusiyanın təkcə Ukraynanı deyil, Gürcüstanı da işğal edərək dünyada bu qədər nüfuzunu və hörmətini itirdiyini göstərmək üçün bu cür təşəbbüslər edir.
Qeyd edim ki, ABŞ və Avropanın Gürcüstanla da münasibətləri pisləşir. ABŞ Bidzina İvanişvili və “Gürcü arzusu” hökumətinin digər üzvlərinə qarşı sanksiyalar tətbiq edib. Yanlış strateji istiqamətdə hərəkət edən Gürcüstan Ermənistan və Azərbaycanın digər strateji istiqamətdə hərəkətini ABŞ və onun Avropadakı müttəfiqləri üçün daha da vacib edir”.
Roza Şəfiyeva
-
Magazin221:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120:12Zaur Kamalın vəziyyəti pisləşdi
-
Magazin119:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
-
Qarabağ 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO
-
Qarabağ 17:18XTQ mayoru: "Müavinimə tapşırdım ki, bu barədə heç kəsə heç nə demə!"
-
Avropa16:59Fransa prezidentliyinə namizəd: Aİ-dən çıxıb Ukraynaya dəstəyi dayandıracağam!
-
Magazin116:49Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı















.jpg)


















.jpg)

