Region
Azərbaycanla Gürcüstan birgə şirkət yaratdı: Bu yola nəzarət edəcək
Azərbaycan və Gürcüstan Bakı-Tbilisi-Qars (BTQ)-Marabda-Kartsaxi dəmir yolu dəhlizinin Gürcüstan hissəsinin idarə olunması üçün birgə şirkət yaradıb.
Publika.az xəbər verir ki, bu barədə “NewsGeorgia” məlumat yayıb.
“BTKİ Dəmir Yolları” adlanan müəssisənin təsisçiləri Azərbaycan Dəmir Yolları və Gürcüstanın Marabda-Kartsaxi şirkətinin törəmə şirkətləri olub.
Azərbaycan tərəfinin bildirdiyinə görə, yeni şirkət Marabda-Kartsaxi hissəsində infrastrukturun istismarı və idarə olunmasına, həmçinin BTQ-dən istifadə etməklə yükdaşımaların səmərəli təşkilinə və yeni yüklərin cəlb edilməsinə cavabdeh olacaq.
“Azərbaycan və Gürcüstanın bu müəssisə vasitəsilə birgə səyləri həm də regional nəqliyyat əlaqələrinin, xüsusilə Orta Dəhliz potensialının gücləndirilməsinə yönəldiləcək”, - deyə “Azərbaycan Dəmir Yolları” QSC-dən bildiriblər.
Bu ilin may ayında yolun Gürcüstan hissəsinin modernləşdirilməsi üzrə işlər başa çatdırılıb. Xəttin gücü ildə 1 milyon tondan 5 milyon tona yüksəldi.
Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiyanı birləşdirən dəhlizin logistik hissəsidir. Layihə Azərbaycan, Gürcüstan və Türkiyənin dəmir yolu şəbəkələrini vahid nəqliyyat dəhlizində birləşdirməyə imkan verib.
Bu dəmir yolu xətti 2017-ci ildən sınaq rejimində fəaliyyət göstərir. Dəmir yolunun sözügedən hissəsinin ümumi uzunluğu 830 km-ə yaxındır.
Tural
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Ciddi problemlərlə qarşılaşa bilərsiniz
-
Magazin100:00
Brilliantın doğum günündə görün nələr yaşandı
-
Nəqliyyat15 Sentyabr 23:36
Yaponiyada ən qədim vurma cədvəli tapıldı - FOTO
-
Hadisə15 Sentyabr 22:24
Bakıda avtomobil alışıb-yandı - VİDEO
-
Magazin115 Sentyabr 21:48
“Bu dərəcədə aşağılamağı İlqara yaraşdırmadım”
-
Dünya15 Sentyabr 20:12
Türkiyədən ÜZÜCÜ XƏBƏR: yaralananların sayı artdı - FOTO/YENİLƏNDİ
-
İKT15 Sentyabr 19:12
"Apple" istifadəçilərinə ŞAD XƏBƏR: "Yaxın həftələrdə..."
-
Magazin115 Sentyabr 19:00
Vəfa Şərifovaya SON XƏBƏRDARLIQ: "Qırmızı xətti keçdin" - VİDEO