Türkiyənin strateji hədəfi dəyişməyib - Fidan açıq MESAJ VERDİ
Bizi izləyin

Region

Türkiyənin strateji hədəfi dəyişməyib - Fidan açıq MESAJ VERDİ

"Avropa İttifaqına üzvlük Türkiyə üçün strateji hədəf olmaqda davam edir".

Publika.az “Hürriyet” qəzetinə istinadla xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Hakan Fidan deyib.

O əlavə edib ki, Ankara bu istiqamətdə müsbət gündəmlə irəliləməkdə qərarlıdır.

“Türkiyə üçün Aİ-yə üzvlük mühüm strateji hədəfdir. Bunu prezidentimiz Rəcəb Tayyib Ərdoğan dəfələrlə vurğuladı. Biz müsbət yanaşma ilə irəliləmək istəyirik. Avropa İttifaqı da oxşar münasibət göstərsə, bu, hamı üçün faydalı olacaq”, - deyə nəşr nazirin sözlərindən sitat gətirib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm