Türkiyənin Zəfər Bayramı günüdür
Bizi izləyin

Region

Türkiyənin Zəfər Bayramı günüdür

Türkiyədə 30 avqust Zəfər bayramı və Silahlı Qüvvələr Günüdür. Türkiyə xalqının yaddaşına “bir millətin azadlıq günü” kimi qeyd olunan 30 avqust tarixi hər bir türkün qürur mənbəyi, iftixar yeridir.

Publika.az xəbər verir ki, 1919-cu ildə Anadolunun işğalı türk xalqının yaddaşına ağır izlər buraxıb. Düşmən qüvvələrin donanması İstanbulu zəbt edib.

Fransız ordusu Adanada, ingilislər Urfa, Maraş, Samsun və Merzifonda, İtalyanlar Antalya və Anadolunun cənub-qərbində yerləşiblər.

Müttəfiq qüvvələrin razılığı ilə 1919-cu il mayın 15-də yunan qoşunlarının İzmirə çıxması vəziyyəti daha da ağırlaşdırıb.

Mustafa Kamal Paşanın komandanlığı ilə yenidən milli-azadlıq mücadiləsinə qalxan mətanətli türk xalqı 1921-ci ildə Sakaryanı qəhrəmanlıqla qoruyub.

Sakaryada 22 gün gecə gündüz döyüşən türklər avqustun 23-də düşmənin hərəkətini dayandırıb, ona sarsıdıcı zərbələr vurublar.

Bu savaşda türk ordusu böyük itki versə də geri çəkilməyib, düşmənin qarşısını cəsarətlə alıb. Sakarya savaşında türk ordusu çox sayda zabit şəhid verdiyi üçün bəzən bu döyüşləri “zabitlər savaşı” da adlandırırlar.

Nəhayət, Anadolunun düşməndən azad olunması uğrunda gedən növbəti savaşların da başlanğıcı avqust ayına təsadüf edib.

1922-ci il avqustun 26-da Mustafa Kamal Atatürkün komandanlığı ilə bütün cəbhəboyu hücuma keçmək əmri alan türk ordusu düşməni hər tərəfdən sıxışdırıb.

Avqustun 30-da Kütahyanın işğaldan azad edilməsi düşməni vəlvələyə salıb.

Düşmən bütün istiqamətlərdə geri çəkilməyə, türk yurdunu azad etməyə məcbur olub. Bu döyüşlər türk xalqının şanlı azadlıq tarixinin dönüş nöqtəsinə çevrildi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm