Region
Ərdoğandan SƏRT AÇIQLAMA: Biz heç bir halda buna imkan verməyəcəyik!
Türkiyə 80 faiz hərbi sənayedən asılı olan bir ölkədən öz resursları ilə silah və sursat istehsal edən ölkəyə çevrilib.
Publika.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin hərbi potensialına toxunarkən vurğulayıb.
"Türkiyə texnologiyalar üzrə dünyada 3-4 ölkədən biridir", - deyə Ərdoğan əlavə edib.
O, ordunun nizam-intizamına və nüfuzuna kölgə salacaq hər bir təşəbbüs və təcrübənin əleyhinə olduqlarını da bildirib.
“Biz heç bir halda imkan verməyəcəyik ki, qəhrəman ordumuz köhnəlsin, kimsə ordu vasitəsilə siyasi hesablamalar aparsın. Eyni həssaslıq cümhuriyyətimizin qurucusu, Qurtuluş müharibəsinin baş komandanı, qazi Mustafa Kamalda da var”, - deyə Ərdoğan qeyd edib.
Xatırladaq ki, bir müddət əvvəl Türkiyənin sosial şəbəkələrində Cümhuriyyətin qurucusu Mustafa Kamal Atatürkün heykəlinin qarşısında əlində əski türk dilində “Türk” yazılmış bayraq tutan bir neçə rütbəli zabitin dayandığını əks etdirən fotolar yayılmışdı.
Şəkillərdə sifəti görünməyən, Türkiyə Müdafiə Nazirliyi Universitetinin Kara Astsubay Ali Məktəbini bitirmiş gizirlərdən biri sosial şəbəkədə belə yazıb: “Biz Mustafa Kamalın oğullarıyıq və sizin kimin oğulu olduğunuz bizim üçün önəmli deyil”.
Adəm Abbaslı
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?