Parlament seçkilərində hakim partiyanın siyahısına bu milyarder başçılıq edir
Bizi izləyin

Region

Parlament seçkilərində hakim partiyanın siyahısına bu milyarder başçılıq edir

Qarşıdan gələn parlament seçkilərində hakim “Gürcü arzusu” partiyasının siyahısına ilk dəfə olaraq partiyanın təsisçisi və fəxri sədri, milyarder Bidzina İvanişvili başçılıq edəcək.

Publika.az xəbər verir ki, bu barədə "Exo Kavkaza” məlumat yayıb.

2012-ci ildə partiyanın siyahısına indiki Tbilisi meri Kaxa Kaladze, 2016-cı ildə keçmiş baş nazir Giorgi Kvirikaşvili, 2020-ci ildə keçmiş baş nazir Giorgi Qaxariya başçılıq edib.

“Gürcü arzusu”nun seçki siyahısında ilk iyirmiliyi ölkənin baş naziri İrakli Kobaxidze açıqlayıb. Siyahıya liderlər, hazırkı deputatlar, olimpiya çempionları, partiyadan formal olaraq ayrılan “Xalqın Gücü” partiyasının üzvləri, həmçinin yeni simaları yer alıb.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm