Nəsrullahın dəfn ediləcəyi tarix və yer bəlli oldu
Bizi izləyin

Region

Nəsrullahın dəfn ediləcəyi tarix və yer bəlli oldu

İsrail Hərbi Hava Qüvvələrinin hava hücumu nəticəsində "Hizbullah"ın həlak olan baş katibi Həsən Nəsrullahın dəfn mərasimi bu cümə günü Livanda keçiriləcək.

Publika.az xəbər veri ki, bu barədə İsrailin "Kan" radiostansiyası məlumat yayıb.

Xatırladaq ki, İsrail sentyabrın 23-də "Hizbullah" birləşmələrinə qarşı “Şimal oxları” əməliyyatına başlayıb və bu əməliyyat zamanı hərəkatın hərbi obyektlərinə irimiqyaslı hava zərbələri endirib.

Sentyabrın 27-də baş verən hücumlardan biri nəticəsində Nəsrullah Beyrutda öldürülüb. Hərəkat onun ölümünü təsdiqləyib və İsrailə qarşı müqaviməti davam etdirəcəklərinə söz verib.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm