“Gürcü Arzusu” Zurabişvilidən əl çəkmir: İmpiçment prosedura bərpa olunur
Bizi izləyin

Region

“Gürcü Arzusu” Zurabişvilidən əl çəkmir: İmpiçment prosedura bərpa olunur

Hakim “Gürcü Arzusu” partiyası Gürcüstan prezidenti Salome Zurabişviliyə qarşı impiçment proseduruna başlayacaq.

Publika.az xəbər verir ki, bunu parlamentin spikeri Şalva Papuaşvili bildirib. Bu qərarı parlament çoxluğu qəbul edib. Spikerin sözlərinə görə, deputatlar parlament seçkilərinə qədər Konstitusiya Məhkəməsinə müraciət edəcəklər.

Papuaşvili belə izah edib ki, hakim partiya bu qərarı Zurabişvilinin hökumətin razılığı olmadan həyata keçirdiyi xarici səfərlərinə görə verib.

Dövlət başçısının Nazirlər Kabineti ilə razılaşdırılmayan xarici səfərləri əvvəllər Zurabişvili ilə hakim partiya arasında münaqişəyə səbəb olub. “Gürcü arzusu” ona qarşı impiçment tələbi ilə konstitusiya məhkəməsində iddia qaldırıb. 2023-cü ildə məhkəmə Zurabişvilini qanunu pozduğunu müəyyən edib, lakin qanunverici orqanda səslərin olmaması səbəbindən impiçment başa çatdırılmayıb.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm