Region
“Qardaşlıq” bitdi: Bu 3 ölkənin vətəndaşları Ermənistana buraxılmayacaq
Hindistan, İraq və Misir vətəndaşları üçün Ermənistan ərazisinə giriş prosedurları sərtləşdiriləcək.
Publika.az xəbər verir ki, qərar Ermənistan hökumətinin bugünkü iclasında qəbul edilib və bir aydan sonra qüvvəyə minəcək.
“Bu ölkələrin vətəndaşları ABŞ, Avstraliya, Yeni Zelandiya, Koreya, Böyük Britaniya və Şimali İrlandiya, Kanada, Rusiya, Yaponiyada müvəqqəti və ya daimi yaşayış statusu olduqda elektron viza almağa dəvət olunurlar”, - qərarın əsaslandırmasında deyilir.
Növbəti tələb hüquqi şəxs, dövlət qurumu, xarici dövlətin diplomatik nümayəndəliyi və ya beynəlxalq təşkilat tərəfindən təqdim edilən Ermənistana daxil olmaq üçün dəvətdir (ərizə, məktub, petisiya).
Bu ölkələrin vətəndaşlarından həmçinin E-VISA sistemi vasitəsilə müraciət etmək üçün ilkin şərt kimi pul vəsaiti (məsələn, bank hesabından) çıxarış təqdim etmələri xahiş olunur. Elektron viza almaq üçün ilkin şərt həm də tibbi sığortanın olmasıdır, çünki Ermənistan Səhiyyə Nazirliyi bir sıra Hindistan vətəndaşları arasında təsdiqlənmiş vərəm hallarını qeydə alıb.
Qeyd olunur ki, Ermənistana viza ilə gələn əcnəbilərin əksəriyyəti sonradan təhsil, iş və ya sahibkarlıq fəaliyyəti ilə bağlı yaşayış statusu almaq üçün müraciət edir. Buna görə də, əgər əcnəbi Ermənistan Respublikasına giriş vizası almaq üçün doldurulmuş ərizə formasında səfər məqsədi sahəsində bu kateqoriyaları göstərirsə, bu, yaşayış statusunun verilməsində mühüm rol oynaya bilər.
Layihənin məqsədi qərarın əsaslandırılmasına əsasən, bir sıra mənfi nəticələrə, o cümlədən cinayətlərin sayının artmasına səbəb olan qeyri-qanuni miqrantların Ermənistana axınını dayandırmaqdır.
Bundan əlavə, Ermənistan hökuməti hesab edir ki, qeyri-leqal miqrantları Avropa ölkələrinə köçürmək məqsədilə Ermənistanın tranzit zonasına çevrilməsi ehtimalı artır ki, bu da Aİ ilə viza rejiminin liberallaşdırılması prosesinə son dərəcə mənfi təsir göstərə bilər.
Tural
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı