Ərdoğan terrora görə Təhlükəsizlik Şurasını TOPLADI
Bizi izləyin

Region

Ərdoğan terrora görə Təhlükəsizlik Şurasını TOPLADI

Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan BRICS sammitində iştirak etmək üçün getdiyi Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərindən İstanbula qayıdıb.

Publika.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, Türkiyə lideri hazırda Atatürk Hava Limanında yerləşən Dövlət Qonaq Evində ölkədə baş vermiş terror aktına görə Təhlükəsizlik Şurasının iclasını çağırıb.

İclasda xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Güler, daxili işlər naziri Ali Yerlikaya, Baş Qərargah rəisi general Metin Gürak, MİT rəhbəri İbrahim Kalın, rabitə şöbəsinin müdiri Fəxrəddin Altun və digər nazirlər iştirak edirlər.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm