Qonşuda qarşıdurma başlayır - Müxalifət parlamentə getmir: İstənilən hərəkətə hazırıq
Bizi izləyin

Region

Qonşuda qarşıdurma başlayır - Müxalifət parlamentə getmir: İstənilən hərəkətə hazırıq

Gürcüstan müxalifətinin liderlərindən biri, “Milli Hərəkat” partiyasının üzvü Georgi Vaşadze bildirib ki, müxalifət seçkinin nəticələrini tanımadığından, parlamentə daxil olmaq niyyətində deyil.

Publika.az xəbər verir ki, bu barədə “İnterpress News” məlumat yayıb.

Georgi Vaşadzenin fikrincə, etiraz lazımdır və bu prosesdə müxalifət tam ictimai dəstək alacaq.

“Biz tamamilə istənilən hərəkətə hazırıq. Dünən biz bəyanat verdik ki, nəticələri tanımırıq, bu o deməkdir ki, bu parlamentə daxil olmaq fikrində deyilik, hesab edin ki, bizim tərəfimizdə siyahılar yoxdur. Başqa alternativ haqqında düşünmədik. Yekun məsləhətləşmələr aparacağıq. Təbii ki, etiraz etmək lazımdır. Biz cəmiyyətdən tam dəstək alacağıq”, - Georgi Vaşadze bildirib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm