Nazirlər Cənubi Qafqazda sülhü müzakirə etdilər
Bizi izləyin

Region

Nazirlər Cənubi Qafqazda sülhü müzakirə etdilər

İsrailin Mossad kəşfiyyat xidmətinin rəhbəri David Barnea Misirdən olan həmkarları ilə danışıqlar aparmaq üçün Qahirəyə gedib.

Publika.az xəbər verir ki, bu barədə “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb .

Misirin paytaxtında təşkil olunan toplantıda Misir təhlükəsizlik qüvvələrinin yüksək vəzifəli şəxsləri və Ərəb Respublikasının silahlı qüvvələrinin nümayəndələri də iştirak ediblər.

Danışıqlar zamanı Misir təhlükəsizlik rəsmiləri israilli həmkarlarının diqqətini Qəzza zolağına humanitar yüklərin fasiləsiz daşınmasının təmin edilməsi zərurətinə cəlb edib, həmçinin İsrail hərbçilərinin Fələstin anklavındakı üsullarını pisləyiblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm