Region
Türkiyədən III Dünya müharibəsi proqnozu: Bütün regiona hücum...
İsrailin İran ərazisinə hava hücumları faktiki olaraq III Dünya müharibəsinin başlanğıcı deməkdir və təkcə ölkəyə deyil, həm də bütün regiona hücumu təmsil edir.
Publika.az xəbər verir ki, bu fikirləri "X" sosial şəbəkəsində türkiyəli siyasi analitik Serdar Tokdemir qeyd edib.
Onun sözlərinə görə, müharibə kortəbii deyil, mütəşəkkil şəkildə və bir çox cəbhələrdə cərəyan edir. O hesab edir ki, indiki dövr sərhədlərin yox olması, proksi-müharibələrdən birbaşa silahlı münaqişələrə keçidlə xarakterizə olunur və lokal böhranlar qlobal təhlükələrə çevrilir.
"İrana hücum bunun ən bariz əlamətidir. Bu, bir ölkəyə deyil, bir bölgəyə, sivilizasiyaya, gələcəyə baxışdır", - analitik deyib.
Tokdemir onu da qeyd edib ki, Türkiyənin baş verənlərdən kənarda qalmağa gücü çatmaz. O, ölkənin sadəcə bir ərazi olmadığını, qədim zamanlardan xalqların, dinlərin və ideyaların kəsişdiyi geosiyasi mərkəz olduğunu vurğulayıb.
Onun fikrincə, Türkiyə məhdudlaşdırıcı qüvvə rolunu oynamalı, diplomatik tarazlığı qorumaqla öz hərbi potensialından tam istifadə etməli və sağlam düşüncə əsasında müstəqil qərarlar qəbul etməyə imkan verən müdafiə imkanlarına malik olmalıdır.
Adəm
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sərhədlərinizi qorumağı unutmayın
-
İdman10 Yanvar 23:12Rəqsləri sosial mediada trend oldu - VİDEO
-
Region10 Yanvar 23:00İranda İsrail agenti saxlanılıb
-
İdman10 Yanvar 21:48Türkiyə Superkubokunun qalibi müəyyənləşdi
-
Magazin210 Yanvar 21:12Sezen Aksudan sevənlərinə ÜZÜCÜ XƏBƏR
-
Nəqliyyat10 Yanvar 20:36Metroda yeni gediş haqqı - NECƏ ÖDƏNƏCƏK?
-
MDB10 Yanvar 20:24Moskva-İrəvan reysində yanğın - VİDEO
-
Magazin110 Yanvar 19:36Qumraldan İDDİALI AÇIQLAMA: "Ona qalsa, mən də sənətkaram"






















.jpg)













