Region
İranda dəhşət: Etirazçılar prokuroru diri-diri yandırdılar
Xəbər verdiyimiz kimi İranda vəziyyət xeyli gərginləşib. Kütləvi etirazların genişlənməsi fonunda ölkəni xaos bürüyür.
Gecə etirazların əsas mərkəzlərindən birinə çevrilən Kərəc şəhərində meriya binası yandırılıb.
Publika.az xəbər verir ki, bu gün isə etirazçılar Şimali Xorasan əyalətinin prokurorunu və bir neçə təhlükəsizlik işçisini diri-diri yandırıblar. Xəbəri yerli "Iranwire" xəbər agentliyi yayıb.
Jurnalistlərin sözlərinə görə, prokuror və onun komandasını konteynerə zorla salıblar. Bundan sonra konteyner yandırılıb. Xilasedicilər izdihamı yara bilsələr də hüquq-mühafizə orqanlarının əməkdaşlarını xilas edə bilməyiblər.
Hadisənin əlavə təfərrüatları məlum deyil.
Xatırladaq ki, dekabrın 28-də İranda yerli valyutanın devalvasiyasından sonra etirazlar başlayıb. Polis göz yaşartıcı qaz və pnevmatik silahlardan istifadə etsə də aksiyaların qarşısını ala bilmir. Gücləndirilmiş təhlükəsizlik tədbirləri ilə müşayiət olunan etirazlar bir neçə şəhərə yayılıb. Ən böyük etirazlar Tehranda, ən şiddətli toqquşmalar isə ölkənin qərbində və cənub-qərbində (Məlikşahi, Kirmanşah və Lordeqan şəhərləri) qeydə alınır.
Tural
-
Dünya10:20Estoniya-Rusiya sərhədində böyük növbə: Kamran Əbilov səbəbini açıqladı
-
Maraq dünyası09:44Epşteynin 100 milyonluq sərvətinin varisi bəlli oldu: Belarusdandır
-
Sosial08:48Bakının iki qəsəbəsində QAZ OLMAYACAQ
-
ABŞ08:36ABŞ 50 illik təhlükəsizlik prinsipindən imtina etdi - Sərt qoruyucu tədbirlər tətbiq ediləcək
-
Avropa07:478 ildir sahibi tapılmayan təyyarə 10 avrodan hərraca çıxarıldı - FOTO
-
Ekologiya07:17Bu gün 40 dərəcə isti olacaq - PROQNOZ
-
İdman06:46“Barselona” onu yalnız bu halda satacaq
-
Magazin106:16Vüsalə bağ evindən görüntülər paylaşdı - VİDEO


















.jpg)



















