İqtisadi gündəm
Pulunu buna yatıranlar zəngin oldu - İlin ən gəlirli investisiyası
Türkiyə Statistika İnstitutunun (TÜİK) açıqladığı məlumatlara görə, 2025-ci ildə ölkədə illik inflyasiya 30,89 faiz təşkil edib. Bu göstərici, eyni zamanda, ötən il əsas investisiya alətlərinin real gəlirlərini də ortaya qoyub.
Publika.az xəbər verir ki, Türkiyədə geniş istifadə olunan investisiya alətlərinin 2025-ci il üzrə nominal gəlirləri belə olub:
Qram qızıl: 105,90%
Türk lirəsi depozitləri: 41,00% (vergi tutulduqdan sonra təxmini gəlir)
Avro: 37,80%
ABŞ dolları: 21,50%
Birja (BIST 100): 14,56%
İllik inflyasiya çıxıldıqdan sonra investisiya alətlərinin real gəlirləri aşağıdakı kimi formalaşıb:
Qram qızıl: 57,31%
TL depozitləri: 7,72% (vergi tutulduqdan sonra təxmini gəlir)
Avro: 7,28%
ABŞ dolları: -7,17%
Birja (BIST 100): -12,48%
Beləliklə, 2025-ci ildə qızıl investorları inflyasiyaya qarşı ən yüksək real gəlir əldə edən qrup olub.
Qlobal bazarlarda geosiyasi risklərin artması, dollar indeksinin zəifləməsi və ABŞ Federal Ehtiyat Sisteminin pul siyasətində dəyişikliklər qızılın unsiya qiymətinə güclü dəstək verib. İlin əvvəlində unsiya üzrə qiymət 2 625 dollar olduğu halda, dekabrın son həftəsində rekord səviyyə olan 4 550 dollara yüksəlib. Bu artım fonunda daxili bazarda qram qızılın qiyməti də 2025-ci ildə 2 890 TL-dən 5 951 TL-yə çatıb.
Daxili bazarda inflyasiyanı cilovlamaq məqsədilə 2025-ci ildə davam etdirilən sərt pul siyasəti Türk lirəsi depozitlərinin real gəlirinin müsbət zonada qalmasına imkan verib.
Eyni zamanda, dollar indeksinin ötən il 9,4 faiz azalaraq 100 səviyyəsindən aşağı düşməsi digər ehtiyat valyutalarının bahalaşmasına səbəb olub. EUR/USD cütlüyü 2025-ci ili 13,35 faiz artımla başa vurub. Bu artım daxili bazarda avronun 50 TL səviyyəsini keçməsinə və onu real gəlir gətirən investisiya alətləri sırasına daxil etməsinə şərait yaradıb.
ABŞ dolları isə ötən il inflyasiyanın gerisində qaldığı üçün 2025-ci ili real itki ilə başa vurub.
-
Qoroskop01:40Günün ulduz falı: Öz ideyalarınızı paylaşmaqdan qorxmayın!
-
Magazin223 Yanvar 23:55Narkotik testi pozitiv çıxdığı üçün "Kızılcık Şerbeti"ndən uzaqlaşdırıldı - Kanal rəhbərliyini amansızlıqda ittiham etdi
-
Ekologiya23 Yanvar 23:15Əhaliyə fevral ayı ilə bağlı XƏBƏRDARLIQ - Bu ərazilərdə yaşayanların diqqətinə!
-
ABŞ23 Yanvar 22:52ABŞ-ın 14 ştatında fövqəladə vəziyyət elan edildi
-
Ekologiya23 Yanvar 21:41Bu gecə səmada qeyri-adi hadisə müşahidə olunacaq
-
Magazin223 Yanvar 21:27"Apokalipsis" filminin aktyoru yenə həbs edildi - Bu dəfə...
-
Sosial23 Yanvar 21:13Cavanşir Yusifov şadlıq sarayı aldı
-
Elm və təhsil23 Yanvar 20:44Direktorların işə qəbulu üzrə müsabiqənin nəticələri açıqlandı






.jpg)









.jpg)




















