Sosial
Evlənmək istəyənlərə yeni tələb: elçilikdə bu da ola bilər
Türkiyədə artıq qız atalarının elçilik mərasimində oğlanlardan narkotik testi tələb etdikləri bildirilir. Məlumata görə, son bir neçə ildə bu məsələ adət halını alıb.
Belə tələbləri zəruri edən amillər nələrdir? Azərbaycanda da oxşar vəziyyət yaşana bilərmi?
Publika.az xəbər verir ki, Globalinfo.az-a danışan Sağlam Cəmiyyət Hərəkatının sədri, sosioloq Elçin Bayramlı deyib ki, bu, haqlı və ədalətli tələbdir:
“Çünki hər bir valideyn əziyyətlə övlad böyüdür və onun xoşbəxt, sağlam ailə qurmasını arzulayır. Son dövrlər müşahidə olunan mənəvi aşınma bir çox ölkələrdə gənclərin narkomaniyaya, kriminal fəaliyyətlərə və digər zərərli vərdişlərə meyil etməsini sürətləndirib. Bu hallar isə yalnız bir şəxsin deyil, eyni zamanda onun həyat yoldaşının da həyatını məhv edir, ailə mühitini dözülməz vəziyyətə salır. Bu baxımdan valideynlərin əvvəlcədən vəziyyəti aydınlaşdırmaq, riskləri azaltmaq üçün müəyyən tələblər və araşdırmalar aparması tamamilə normaldır. Burada mənfi heç nə yoxdur. Əgər qarşı tərəf sağlam həyat tərzi sürürsə, bu cür yoxlamalardan çəkinməsinə heç bir əsas yoxdur. Əksinə, asılılıq və ya ciddi problem mövcuddursa, bunun gizlədilməsi başqasının həyatını bədbəxt etməyə haqq qazandırmır”.
Ekspert bildirib ki, bu yanaşma təkcə narkomaniya ilə məhdudlaşmamalıdır:
“Ümumilikdə, gənclər həyat yoldaşı seçərkən, valideynlər isə övladlarını evləndirərkən qarşı tərəfi dərindən tanımalı və araşdırmalıdırlar. Narkotik və alkoqol asılılığı, qumar vərdişi, cinayət keçmişi yaxud digər riskli davranışlar mütləq nəzərə alınmalıdır. Bu, sonradan yaranacaq ağır problemlərin qarşısını almaq üçün vacibdir. Belə yanaşma isə Azərbaycan xalqı üçün yeni deyil. Minilliklər boyu formalaşmış ailə ənənələrimiz evliliyin mərhələli şəkildə həyata keçirilməsini nəzərdə tuturdu. Gənclər əvvəlcə tanış olur, ailələr ünsiyyət qurur, zaman keçdikcə qarşılıqlı uyğunluq və dəyərlər öyrənilirdi. Nişan və evlilik mərhələlərinə qədər kifayət qədər zaman ayrılırdı. Məhz bu sistem nəticəsində ailə institutumuz möhkəm olub, boşanmaların sayı uzun illər minimal səviyyədə qalıb.
Bu gün isə boşanmaların kəskin artması göstərir ki, cəmiyyət tədricən mənəvi dəyərlərdən uzaqlaşıb, evlilik prosesi formallığa çevrilib. Həyat yoldaşı seçərkən mənəvi keyfiyyətlərdən daha çox maddi imkanlara, zahiri görünüşə üstünlük verilir. Halbuki yalnız maddi dəyərlər üzərində qurulan ailələrin dağılması qaçılmazdır. Mənəvi dəyərlər üzərində qurulan ailələr isə daha davamlı olur. Bu səbəbdən cəmiyyətimizdə evlilik məsələsinə daha məsuliyyətli yanaşılmalı, gənclər və valideynlər tələskən qərarlardan çəkinməlidirlər. Sosial şəbəkələrdə qısa tanışlıqdan sonra evlilik müəyyən hallarda uğurlu ola bilər, lakin bu, yüksək risk daşıyır. Əksinə mərhələli və düşünülmüş yanaşma daha sağlam nəticələr verir. Bu baxımdan, digər ölkələrdə, o cümlədən Türkiyədə tətbiq olunan bu cür yanaşmaların Azərbaycanda da geniş şəkildə qəbul olunmasının tərəfdarıyam”.
Narkomaniya üzrə ekspert Emil Maqalov son 15 il ərzində həm narkotik asılılığı olan şəxslər, həm də onların ailələri ilə işləyərkən “Evləndir, düzələcək”, “Ailə qurandan sonra tərgidəcək” kimi fikirlərlə tez-tez rastlaşdığını vurğulayıb:
“Bu yanaşma praktikada dəfələrlə tətbiq edilsə də, real nəticə vermir. Əksinə, ailələr övladlarının problemini gizlədərək müalicə etdirmir və nəticədə başqa bir ailənin övladı bədbəxt olur. Reallıq odur ki, narkotik asılılığı olan şəxs reabilitasiya mərkəzindən keçmədən, fiziki və psixoloji asılılıqdan azad olmadan bu problemin həlli mümkün deyil. Təəssüf ki, bəzi valideynlər, xüsusilə analar bunu bilə-bilə övladlarını evləndirir və məsuliyyəti başqasının üzərinə ötürürlər. Bu isə ağır və uzunmüddətli fəsadlara səbəb olur.
Bu səbəbdən təlimlərdə daim tövsiyə edirəm ki, gələcəkdə daha böyük problemlərlə üzləşməmək üçün nikahdan əvvəl tibbi yoxlamalar aparılsın. Tərəflər bir-birini sevsə və etibar etsələr belə QİÇS, sifilis və narkotik istifadəsi ilə bağlı testlərdən keçməlidirlər. Bu testləri istənilən dispanserdə vermək və ya apteklərdə satılan testlər vasitəsilə yoxlamaq mümkündür”.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sərhədlərinizi qorumağı unutmayın
-
İdman10 Yanvar 23:12Rəqsləri sosial mediada trend oldu - VİDEO
-
Region10 Yanvar 23:00İranda İsrail agenti saxlanılıb
-
İdman10 Yanvar 21:48Türkiyə Superkubokunun qalibi müəyyənləşdi
-
Magazin210 Yanvar 21:12Sezen Aksudan sevənlərinə ÜZÜCÜ XƏBƏR
-
Nəqliyyat10 Yanvar 20:36Metroda yeni gediş haqqı - NECƏ ÖDƏNƏCƏK?
-
MDB10 Yanvar 20:24Moskva-İrəvan reysində yanğın - VİDEO
-
Magazin110 Yanvar 19:36Qumraldan İDDİALI AÇIQLAMA: "Ona qalsa, mən də sənətkaram"























.jpg)













