Region
Türkiyə üçün tarixi an: İllərdir gözlənilən proses bu gün başlayır

Türkiyənin “Terrorsuz Türkiyə” strategiyası çərçivəsində bu gün ölkə tarixində mühüm mərhələyə start verilir.
Publika.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın, MHP lideri Dövlət Baxçalının PKK-nın ləğvinə dair çağırışı və Abdullah Abdullahın təşkilatın darmadağın edilməsinə yönəlik bəyanatları ilə başlayan proses tərksilah mərhələsinə qədəm qoyur.
Tərksilah mərasimi bu gün səhər saat 10:00-da (Bakı vaxtı ilə 11:00) başlayacaq. Prosesin məkanı təhlükəsizlik və təxribat risklərinə görə gizli saxlanılır. Tərksilah mərasimi canlı yayımlanmasa da, müəyyən qapalı məkanlarda ekran vasitəsilə iştirakçılara izləmə imkanı veriləcək.
Proses Ankara, Bağdad və Ərbilin birgə koordinasiyası ilə, İraqın şimalındakı Süleymaniyyə bölgəsinin kənd ərazilərində həyata keçiriləcək. PKK üzvləri silahlarını xüsusi təyin olunmuş mərkəzlərə təhvil verəcək, bu zaman qeydiyyat aparılacaq və mərhələli şəkildə tərksilah prosesi davam etdiriləcək.
Milli Kəşfiyyat Təşkilatı (MİT) və Türkiyə Silahlı Qüvvələri (TSK) tərəfindən tərksilah prosesinin şəffaf və real həyata keçirildiyini təmin etmək üçün xüsusi yoxlama mexanizmi qurulub. Təhvil verilən silahlar üçüncü ölkələrə göndərilməyəcək, yerindəcə xüsusi üsullarla məhv ediləcək.
Silahsızlaşdırma ilə yanaşı, təşkilatın logistik baza və anbarları da ləğv ediləcək. Mərhələ-mərhələ düşərgələr də boşaldılacaq. Əgər təşkilat üzvlərinin cinayətlə əlaqəsi yoxdursa və Türkiyəyə qayıtmaq istəyirlərsə, onlara qarşı heç bir ittiham irəli sürülməyəcək.
Bu hadisə Türkiyənin uzun illərdir davam edən terrorla mübarizəsində kritik dönüş nöqtəsi kimi qiymətləndirilir.
Akqabay

-
Region01:40
İstanbulda sərnişin bərəsi gəmi ilə toqquşdu: 12 nəfər yaralandı - Fotolar/Yeniləndi
-
İdman01:20
DÇ-nin qalibini evə ekonom-klassla yola saldılar: Ölkədə etiraz başladı
-
Qoroskop00:55
Günün ulduz falı: gözlənilməz xərclər və ya gecikmələr ola bilər
-
Nida Xəbər 00:05
Azərbaycanda Dövlət Suverenliyi günüdür
-
Hadisə19 Sentyabr 23:41
Marneulidə gürcü dilini bilməyən azərbaycanlı şillələndi - Video
-
Magazin119 Sentyabr 22:26
Alim Qasımovdan maraqlı açıqlamalar: “Anamla xanımıma rüşvət verirdim”- VİDEO
-
Art19 Sentyabr 22:12
"Grammy" mükafatlı sənətçi təyyarə qəzasında həlak oldu
-
ABŞ19 Sentyabr 19:20
Tramp yenə ölümdən döndü - Bu dəfə helikopterində nasazlıq yarandı