Region
Doğum günü səfəri kabusa çevrildi: Tbilisi meri Əbu-Dabidə qaldı
Gürcüstanın paytaxtı Tbilisinin meri Kaxa Kaladze İrandakı vəziyyətin gərginləşməsi səbəbindən Əbu-Dabini tərk edə bilmir.
Publika.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
"Şənbə və bazar günləri Tbilisi meri Kaxa Kaladze Əbu-Dabidə olub. Mövcud vəziyyətə görə, o, hazırda Gürcüstana uça bilmir", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, media orqanları bundan əvvəl Kaladzenin həyat yoldaşı ilə birlikdə ad gününü qeyd etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə səfər etdiyini bildirib. Səfər Yaxın Şərqdə vəziyyətin pisləşməsi və bəzi ölkələrin hava məkanlarını bağlaması ilə üst-üstə düşüb.
Xatırladaq ki, ABŞ və İsrail 28 fevralda İrana qarşı hərbi əməliyyata başlayıblar. Zərbələr İranın paytaxtı Tehranı və ölkənin ən böyük şəhərlərini hədəf alıb. Zərbələrdən dərhal sonra İslam İnqilabı Keşikçiləri Korpusu genişmiqyaslı cavab əməliyyatı elan edib. Məlumata görə, İran İsrail və Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı ABŞ hərbi bazalarına zərbələr endirib.
Adəm
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu






.jpg)
































