Region
Danalılardan hədiyyə qəbul etmirik: Müxalifətdən Paşinyanın təklifinə cavab
Müxalifət Nikol Paşinyanla güzəşt mübadiləsinə getməyəcək və əgər o, yeni seçkilər istəyirsə, istefa verməlidir.
Publika.az xəbər verir ki, bunu “Ermənistan” partiyasından olan millət vəkili Artur Xaçatryan 5-ci Kanala verdiyi müsahibədə baş nazirin son nəticəsinin istefası olacağı iddia edilən konstitusiya referendumu ilə bağlı razılaşma təklifinə toxunaraq bildirib.
"Qoy təklifini bir növ "tarixi fürsət" kimi təqdim etməyə çalışmasın. Biz danalılardan (yunanların qədim adı) hədiyyə istəmirik. Əgər seçkilər istəyirsə, qoy istefa versin. Baş nazir vəzifəsinə öz namizədimizi irəli sürmək və ya irəli sürməmək hüququmuz var", - deyə parlament üzvü bildirib.
Lakin Xaçatryan baş nazirin tezliklə tərəfdarlarını toplayaraq parlamentə "hücum" etməyə (konstitusiya referendumu üçün müxalifətdən lazım olan altı səsi almaq məqsədi ilə - red.) cəhd edəcəyini istisna etməyib.
O, həmçinin müxalifətə qarşı yeni cinayət işlərinin açılması ehtimalına inanır, lakin bunların heç birinin müxalifəti güzəştə getməyə məcbur etməyəcəyini də iddia edir.
Bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan istefasını istəyən müxalifət qüvvələrinə "sadə bir razılaşma" təklif etmişdi. Onun sözlərinə görə, müxalifətin yeni konstitusiya layihəsi ilə bağlı referenduma razılıq verməsi kifayətdir. Əks halda, baş nazir növbədənkənar seçkilərin "buldozerindən" istifadə etməklə hədələmişdi və iddia edirdi ki, bu, mövcud iki müxalifət qüvvəsinin parlamentə daxil olmaması ilə nəticələnəcək.
Azərbaycan sülh müqaviləsinin imzalanması üçün Ermənistana konstitusiya dəyişikliklərini şərt qoyur. Konstitusiya dəyişiklikləri və ya referendum təşəbbüsü üçün hakim partiya parlamentdə üçdə iki səs çoxluğu tələb edir. 7 iyun 2026-cı il seçkilərindən sonra səslərin 49,81%-ni toplayan “Mülki Müqavilə” partiyası lazımi konstitusiya çoxluğunu təmin edə bilməyib.
Müəllif: Tural
-
Tarix09:543800 il əvvələ aid borc dəftəri tapıldı: Hesab pivə ilə də bağlanırmış - FOTO
-
Hadisə09:48Elşən Usubov həbs olundu
-
Nida Xəbər 09:12Turan Əliyevə İsveçdə vəzifə verildi - FOTO
-
ABŞ09:00Bir milyon dollarlıq çeklə çəkilmiş fotosu başına bəla oldu - FOTO
-
Region08:48Pezeşkian Xameneinin məzarı önündə diz çöküb ağladı - VİDEO
-
Sağlamlıq08:36İmmuniteti gücləndirən səkkiz tərəvəz: tərkibində nələr var?
-
ABŞ07:30Huanq xəyanətə görə işçilərindən üzr istədi
-
İdman06:46Keçmiş “Bars”a rəsmisindən “Real”a atmaca - “Dəli olurlar, biz isə zövq alırıq”



































