Region
Paşinyanın maaşı artır: Görün nə qədər alacaq
Ermənistanda yüksək vəzifəli dövlət məmurlarının, o cümlədən baş nazir və prezidentin maaşlarının artırılması müzakirə olunur.
Publika.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, iqtisadçı Andranik Zatikyan müxtəlif ölkələrdə rəhbər şəxslərin maaşlarını minimum əməkhaqqı ilə müqayisə edib. Onun hesablamalarına görə, Böyük Britaniyada baş nazirin maaşı ölkədəki minimum əməkhaqqından 6,6 dəfə çox olduğu halda, Ermənistanda bu fərq 34,1 dəfə təşkil edir.
2027-ci il yanvarın 1-dən Ermənistanın baş naziri və prezidentinin aylıq maaşı 2,6 milyon drama (12 min manat), baş nazir müavinlərinin maaşı 2,1 milyon drama, nazirlərin və Təhlükəsizlik Şurasının katibinin maaşı isə təxminən 2 milyon drama çatdırılacaq. Ombudsmanın maaşı 1,8 milyon dram olacaq.
Maaş artımı parlament rəhbərliyinə və deputatlara da şamil ediləcək. Parlament sədrinin maaşı 2,4 milyon dram, deputatların maaşı isə 1,4 milyon dram müəyyənləşdiriləcək.
Ermənistanda yüksək vəzifəli məmurların maaşları sonuncu dəfə 2023-cü il büdcəsi çərçivəsində artırılıb. Həmin vaxt baş nazirin maaşı 243 min dram, nazirlərin maaşı 142 min dram, deputatların maaşı isə təxminən 120 min dram artırılmışdı.
Qanunvericiliyə əsasən, dövlət qulluqçularının maaşlarına əvvəlki dəyişiklikdən üç il keçmədən yenidən baxılmasına yol verilmir.
Ermənistanda dövlət aparatında baza maaşı 2014-cü ildə müəyyənləşdirilib və ilk dəfə 2023-cü ildə dəyişdirilərək 83 200 dram (391 manat) olub. Vəzifə maaşları da məhz bu baza məbləği əsasında hesablanır: baza maaşı konkret vəzifə üçün müəyyən edilmiş əmsala vurulur.
Müəllif: Adəm Abbaslı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?








.jpg)








.jpg)



















