Rəsmi xronika
İlham Əliyev: "Bir qarış torpaq da boş qalmamalıdır”
“Bu gün deyə bilərəm ki, bütün ölkələr ərzaq təhlükəsizliyi ilə bağlı müəyyən narahatlıqlar yaşayırlar. Çünki dünyada əhali artdıqca tələbat da artır, torpaq sahəsi isə artmır. Əlbəttə ki, bu artan tələbatı ödəmək üçün çox ciddi addımlar atılmalıdır. Bizim o qədər də böyük torpaq sahəmiz yoxdur. Ona görə biz hər qarış torpaqdan səmərəli istifadə etməliyik. Bir qarış torpaq da boş qalmamalıdır”.
Publika.az xəbər verir ki, bunu noyabrın 12-də Beyləqan rayon ictimaiyyətinin nümayəndələri və “Qarabağ Taxıl” MMC-nin işçiləri ilə görüşündə prezident İlham Əliyev deyib.
Dövlət başçısı məhsuldarlığın artırılmasının vacib olduğunu da vurğulayıb: “Bəs məhsuldarlıq nədən asılıdır? Düzgün aqrotexniki tədbirlər görülməlidir. Texnika, - sizdə ən müasir, qabaqcıl firmaların texnikası vardır, - gübrələr verilir və iş düzgün təşkil edilməlidir. Dövlət öz tərəfindən nə lazımdırsa onu edir. Fermerlər torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azaddırlar. Dövlət tərəfindən fermerlərə subsidiyalar, güzəştli şərtlərlə gübrələr, yanacaq verilir, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə güzəştli şərtlərlə kreditlər ayrılır, infrastruktur yaradılır”.
“Bu gün kənd təsərrüfatının inkişafı bizim üçün prioritet sahədir. Biz mövcud torpaq fondundan səmərəli şəkildə istifadə etməliyik. Biz yeni əkin sahələrini dövriyyəyə cəlb edirik və bu istiqamətdə işlər sürətlə gedir. Həm öz tələbatımızı ödəyəcəyik, həm də böyük ixrac potensialımız yaranacaq.
... Hər bir dövlət, o cümlədən Azərbaycan öz ərzaq təhlükəsizliyini təmin etməlidir. Biz artıq bu məqsədə çox yaxınlaşmışıq”, - deyə prezident İlham Əliyev qeyd edib. (apa)
-
Hadisə07:55Maştağada partlayış: 2 nəfər yaralandı - Video
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil21 Sentyabr 18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya21 Sentyabr 15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı
-
Nida Xəbər 21 Sentyabr 15:49Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
















.webp)








.jpg)












