Belarusda Azərbaycan xalçaları istehsal oluna bilər
Bizi izləyin

Rəsmi xronika

Belarusda Azərbaycan xalçaları istehsal oluna bilər

“Belarus Azərbaycan investorlarının təklifləri üçün açıqdır və birgə layihələrin reallaşdırılmasına qarşılıq verməyə hazırdır”.

“Belarus Azərbaycan investorlarının təklifləri üçün açıqdır və birgə layihələrin reallaşdırılmasına qarşılıq verməyə hazırdır”.

Publika.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Bakıda Azərbaycanın dövlət başçısı İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında bildirib.

"Azərbaycanın pambıqçılığın inkişafı yoluna qədəm qoymasını öz tərəfimdən çox düzgün qiymətləndirirəm. İstehsal həcminin artırılması belə olacaq ki, biz 25-30 min tona, bəlkə də 40 min ton pambıq lifinə ümid edə bilərik. Mən bizim Baranoviçsk Pambıq Parça Kombinatı ilə əməkdaşlığın mümkünlüyü məsələsinə baxılmasını təklif etdim. Bizim orada birgə əməkdaşlıq etmək imkanımız var. Biz Azərbaycanın bu müəssisənin kapitalına daxil olmasına qarşı deyilik. Daha bir istiqamət isə Belarusda Azərbaycan xalçalarının istehsalı ola bilər. Gəlin birgə bu istehsalı yaradaq və siz təkcə Belarus bazarını deyil, həm də belə keyfiyyətdə xalça məmulatları istehsal etməyən qonşu ölkələrin bazarlarını qazanacaqsınız", - deyə Lukaşenko əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm