Prezident Beynəlxalq Telekommunikasiya İttifaqının rəhbəri ilə görüşdü - - FOTO
Bizi izləyin

Rəsmi xronika

Prezident Beynəlxalq Telekommunikasiya İttifaqının rəhbəri ilə görüşdü - - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 29-da Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Houlin Jaonu qəbul edib.

Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Houlin Jao Bakıda keçirilən XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları (“Bakutel-2016”) sərgi və konfransının əhəmiyyətini vurğulayaraq, builki tədbirdə daha çox ölkənin öz stendləri ilə təmsil olunduğunu və yeni şirkətlərin iştirak etdiyini bildirdi və bunu ölkəmizə olan marağın göstəricisi kimi dəyərləndirdi. Houlin Jao Prezident İlham Əliyevin informasiya-kommunikasiya texnologiyaları sahəsinə verdiyi böyük dəstəyi vurğulayaraq bu sahədə Azərbaycanın çoxsaylı tərəfdaşlarının olduğunu dedi.

Prezident İlham Əliyev informasiya-kommunikasiya texnologiyaları sahəsində artıq yaxşı nəticələrin əldə edildiyini bildirdi, ölkəmizdə keçirilən Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi və konfransının artıq yaxşı bir ənənəyə çevrildiyini, bu tədbirin regionda bu tipli yeganə sərgi və konfrans olduğunu məmnunluqla qeyd etdi. Dövlətimizin başçısı XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi və konfransında yüzdən artıq şirkətin təmsil olunduğunu, ölkəmizin informasiya-kommunikasiya texnologiyaları sahəsində çoxsaylı aparıcı şirkətlərlə tərəfdaşlıq əlaqələri qurduğunu dedi.

Prezident İlham Əliyev İKT sahəsinə verdiyi dəstəyə görə Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Houlin Jaoya təşəkkürünü bildirərək, onunla görüşün birgə əməkdaşlıq məsələlərinin müzakirəsi baxımından əhəmiyyətini vurğuladı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm