Rəsmi xronika
Ərzaq Təhlükəsizliyi Komissiyası yaradılacaq
Gələn il Azərbaycanda Ərzaq Təhlükəsizliyi Komissiyası yaradıla bilər.
Publika.az-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasındakənd təsərrüfatı məhsullarınınistehsalına vəemalınadairStratejiYolXəritəsi”ndə deyilir.
Qeyd olunur ki, ərzaq təhlükəsizliyi sahəsində koordinasiya, monitorinq, qiymətləndirmənin aparılması, proqram və layihələrin hazırlanması, həyata keçirilməsi, fövqəladə hallarda çevik tədbirlərin müəyyənləşdirilməsi və s. işlərin effektivliyinin təmin edilməsi üçün Ərzaq Təhlükəsizliyi Komissiyasının yaradılması nəzərdən keçiriləcək.
Yol xəritəsində bildirilir ki, Komissiya üzvləri Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Statistika Komitəsi, Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti qurumların nümayəndələrindən ibarət ola bilər. Komissiya üzvlərinin ən azı rübdə bir dəfə görüşlər keçirməsi, ərzaq təhlükəsizliyi üzrə həm ölkə daxilində, həm də beynəlxalq miqyasda baş verən dəyişiklikləri müzakirə etməsi və zəruri hallarda qabaqlayıcı tədbirlər hazırlaması planlaşdırılır. Komissiya tərəfindən, ilk növbədə, ərzaq təhlükəsizliyi sahəsində islahatlarla bağlı bu Strateji Yol Xəritəsində müəyyən edilmiş tədbirlərə dair fəaliyyət planının hazırlanması gözlənilir.
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan