Rəsmi xronika
Prezident İlham Əliyev: “Yeni silahların alınması üçün Rusiya ilə danışıqlar aparırıq”
“Biz yeni silahların alınması ilə bağlı Moskva ilə
danışıqlar aparırıq”.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham
Əliyev Davos İqtisadi Forumu çərçivəsində “RİA-Novosti” agentliyinə
müsahibəsində deyib.
Dövlət başçısı Rusiyanın hərbi sənayesinin inkişaf etdiyini
bildirib:
“Biz yeni silahların alınması ilə bağlı danışıqlar aparırıq.
Rusiya hərbi sənayesinin nə qədər inkişaf etdiyi yaxşı məlumdur.
Biz əsasən ən müasir müdafiə silahları ilə maraqlanırıq. Bura
helikopterlər, mühafizə sistemləri və bütün komplekslər aiddir. Bu
daimi prosesdir”.
Prezident İlham Əliyev hərbi-texniki sahədə Azərbaycan və
Rusiyanın yeni müqavilələrin imzalaması üçün yaxşı perspektivlərin
olduğuna diqqət çəkib.
“Siz tarixi bilirsiniz. Rəqəmlər elan olunub. 5 milyard dollar
həcmində müqavilələr imzalanıb. Onların əksəriyyəti artıq
reallaşıb”, - deyə dövlət başçısı bildirib.
Asif
-
Cənubi Qafqaz10:16
Azərbaycan xüsusi təyinatlıları Tavuşda? - Ermənilər qorxuya düşüb - VİDEO
-
Maraq dünyası09:54
Mayın 8-də Yer kürəsinə çatacaq - Alimlər xəbərdarlıq etdi: Oruc tutun
-
İdman09:12
Bellinqemin sevgilisi Madridi belə valeh etdi - FOTOLAR
-
Nəqliyyat08:24
Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR
-
MDB08:12
Bu gün Rusiya hökuməti istefa verəcək
-
Qoroskop07:55
Yayda varlanacaq BÜRCLƏR
-
Nəqliyyat07:39
Bu yolda sürət həddi bərpa edildi
-
Maraq dünyası07:25
Eşşəklərə toy etdilər - FOTOLAR