Rəsmi xronika
İlham Əliyev: “Əsas məqsəd qeyri-neft sektoru məhsullarının xarici bazarlara ixrac edilməsidir”
“Əsas məqsəd qeyri-neft sektoru məhsullarının xarici bazarlara ixrac edilməsidir”.
APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə geniş tərkibdə keçirdiyi görüşdə deyib.
Dövlət başçısı Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində aparılan islahatlardan, qeyri-neft sektorunun inkişafından danışıb.
Görüşdə son vaxtlar iki ölkə arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq münasibətlərinin sürətlə inkişaf etdiyi bildirilib.
Azərbaycana səfərini xatırladan Şeyx Təmim bin Həməd Al Tani respublikamızın sürətlə inkişafının şahidi olduğunu diqqətə çatdıraraq bildirib ki, ölkəmizdə sabitlik və təhlükəsizlik mövcuddur: “Bu da həm iqtisadi, həm turizm sahələrində inkişafa imkan yaradır”.
Qətər əmiri qarşılıqlı səfərlərin ölkələrimiz arasında əməkdaşlığın inkişafına xidmət edəcəyini vurğulayıb.
Azərbaycan prezidenti İlham Əliyev isə Qətərə əvvəlki səfərini məmnunluqla xatırlayıb və ötən müddət ərzində ölkədə böyük inkişafın şahidi olduğunu deyib.
Söhbət zamanı müxtəlif istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı, turizm, mədəniyyət, infrastruktur sahələrində əlaqələrin genişləndirilməsinin önəmi vurğulanıb, digər ölkələrdə müxtəlif sahələrdə layihələrin icrasına birgə sərmayə qoyuluşu, neft və qaz sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO