Rəsmi xronika
İlham Əliyev kənd təsərrüfatı ilə bağlı sərəncam imzaladı
Prezident İlham Əliyev aprelin 11-də “Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
Publika.az xəbər verir ki, kənd təsərrüfatı sahəsi üzrə maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi, aqrar sığortanın inkişaf etdirilməsi və aqrar sahəyə investisiya qoyuluşlarının təşviqi məqsədilə Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurası Prezidentin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin “Maliyyəyə çıxışın asanlaşdırılması” sərlövhəli 3-cü strateji hədəfində nəzərə tutulmuş prioritetlərdə göstərilən tədbirlərin əhatə edildiyi daha təfsilatlı və geniş tədbirlər planını, icraçılar və icra müddətləri göstərilməklə, bir ay müddətində hazırlayaraq təsdiq etməlidir.
Həmçinin Şuraya tədbirlər planının qanunvericilik və institusional islahatların həyata keçirilməsini nəzərdə tutan hissəsinin 2017-ci ildə icrasını təmin etmək məqsədilə zəruri tədbirlər görmək tapşırılıb.
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO