Rəsmi xronika
Prezident Petro Poroşenkonu təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Petro Poroşenkoya təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Ukraynanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Azərbaycan ilə Ukrayna arasındakı ənənəvi dostluq əlaqələri, qarşılıqlı surətdə faydalı əməkdaşlığımız dövlətlərarası münasibətlərimizin inkişafı üçün möhkəm bünövrədir. İnanıram ki, bu münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Ukrayna xalqına əmin-amanlıq və firavanlıq arzulayıram".
-
MDB12:18
Məşhur erməni iş adamı Rusiyaya niyə buraxılmayıb? - Kriminal, fırıldaqçı...
-
Qoroskop12:12
Bu bürclər evlənə bilməz - Elə ki bir araya gəldilər...
-
Sosial11:06
Pensiya alanların nəzərinə!
-
Dünya09:58
ABŞ-da şok iddia: Bayden Netanyahunu niyə söyüb?
-
Hadisə09:42
Azərbaycanın Əməkdar məşqçisi öldü - FOTO
-
Səhiyyə09:00
Əhalini SEVİNDİRƏCƏK XƏBƏR: Bu məhsulu pulsuz alacağıq - VİDEO
-
MDB08:24
Rusiyada DƏHŞƏTLİ QƏTL: körpə bacılarını öldürüb parka getdi
-
İdman07:47
Ronaldonun keçmiş evi satışa çıxarıldı - VİDEO