Rəsmi xronika
İlham Əliyev “VTB Bank”ın prezidenti ilə görüşdü (YENİLƏNDİ)
Yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “VTB Bank”ın prezidenti, idarə heyətinin sədri Andrey Kostin ilə görüşüb.
Publika.az xəbər verir ki, Andrey Kostin Azərbaycanda fəaliyyətlərini inkişaf etdirmək əzmində olduqlarını vurğulayaraq kapitalın həcmini artırmağa maraq göstərdiklərini bildirdi. “VTB Bank”ın prezidenti qarşılıqlı investisiya imkanlarının öyrənilməsinin əhəmiyyətindən danışdı və Azərbaycan Dövlət Neft Fondu ilə uğurlu əməkdaşlıq etdiklərini vurğuladı. O, bu işlərdə verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıq etdi.
Prezident İlham Əliyev ölkəmizin “VTB Bank” ilə əməkdaşlığının genişləndirilməsindən məmnunluğunu ifadə etdi, Azərbaycan Dövlət Neft Fondunun “VTB Bank”ın fəal səhmdarlarından biri olduğunu vurğuladı. Dövlətimizin başçısı Azərbaycan tərəfinin “VTB Bank” ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu dedi və bu əməkdaşlığın ölkəmizdə özəl sektorun fəaliyyətinin genişləndirilməsinə töhfə verəcəyinə əminliyini bildirdi.
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO