Prezident: "Qərarlarımızdan və hərəkətlərimizdən asılı məsələlərlə bağlı heç bir çətin məqam yadıma gəlmir"
Bizi izləyin

Rəsmi xronika

Prezident: "Qərarlarımızdan və hərəkətlərimizdən asılı məsələlərlə bağlı heç bir çətin məqam yadıma gəlmir"

"İşdə elə məqamlar olur ki, müəyyən məyusluq keçirirsən, çünki təlimatlar və tapşırıqlar lazımınca yerinə yetirilmir. Lakin bütövlükdə bu illər ərzində bizim bütün işlərimiz plan üzrə gedib. Ona görə mən lap əvvəldən bunu əsas götürmüşəm ki, dövlətin davamlı inkişafı yalnız atılmalı addımların ardıcıllığı, onların prioritetləri düzgün planlaşdırılmış olduqda mümkündür və onlar nəticəyə yönəldilməlidir".

Publika.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində deyib.

Prezidentin sözlərinə görə, Azərbaycan həmişə populizmdən, populist ritorikadan uzaq olub.

“Bəzən hətta çalışmışıq ki, özümüzü o qədər də nümayiş etdirmədən, sadəcə, ölkənin uğurla inkişaf etməsi üçün lazım olan işi görək. Bir daha deməliyəm ki, bizim daxili inkişafla bağlı məsələlər sarıdan heç bir çətinliyimiz olmayıb və düşünürəm ki, olmayacaq. Vaxtaşırı olaraq yalnız narahatlıq doğuran məsələlər regional vəziyyətlə bağlı olub: regionda vəziyyətin kəskinləşməsi bizim vətəndaşlara, ölkəmizə necə mənfi təsir göstərə bilər və bizim vətəndaşları və ölkəni risk təhlükəsindən qorumaq üçün nə etmək lazımdır. Zənnimcə, hər hansı çətinliklər barədə danışmalı olsaq, bu nümunəni göstərə bilərdim, o da yalnız o mənada ki, bu amillər bizdən asılı deyil. Bizim qərarlarımızdan və hərəkətlərimizdən asılı məsələlərlə əlaqədar heç bir çətin məqam yadıma gəlmir. Bir daha deməliyəm ki, hər işimiz plan üzrə gedib və yolun əvvəlində verdiyimiz bütün vədlər artıqlaması ilə yerinə yetirilib”, - İlham Əliyev bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm