Rəsmi xronika
Makedoniya prezidenti İlham Əliyevi təbrik etdi
Makedoniya Respublikasının Prezidenti George İvanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Publika.az xəbər verir ki, o, məktubunda İlham Əliyevi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyi münasibətilə təbrik edib, ali dövləti fəaliyyətində daha böyük uğurlar arzulayıb.
"Bu xoş fürsətdən istifadə edərək Makedoniya Respublikası ilə Azərbaycan Respublikası arasında yüksək səviyyəli dostluq əlaqələrindən məmnunluğumu ifadə etmək istəyirəm. Ən yüksək səviyyədə siyasi dialoq ölkələrimizin gələcək inkişafının və əməkdaşlığının xüsusən iqtisadiyyat, enerji, mədəniyyət, elm və təhsil kimi qarşılıqlı maraq doğuran sahələrdə dərinləşməsini təmin edən əsas amillərdir. Əminəm ki, əməkdaşlığımız və əldə olunmuş siyasi əlaqələrimiz qarşıdan gələn dövrdə birgə səylərimizlə daha sürətlə inkişaf edəcək. Sizə beynəlxalq aləmdə xüsusi yeri olan, siyasi və hökumətlər səviyyəsində qərarların qəbul edilməsində uzunmüddətli tərəfdaş olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinə və səylərinə görə minnətdarlığımı bildirirəm. Bu beynəlxalq mərkəzin fəaliyyətini və rolunu çox yüksək qiymətləndirir, onun regionda əməkdaşlığın və dialoqun təşviqinə yönələn görüşlərində iştirak etməkdən məmnunluğumu ifadə edirəm".
-
Nida Xəbər 11:15
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edir - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?