Rəsmi xronika
ATƏT PA-nın sədri İlham Əliyevə məktub göndərdi
ATƏT Parlament Assambleyasının sədri Georgi Tsereteli Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Azərbaycanın müstəqilliyinin 100 illiyi münasibətilə ATƏT-in Parlament Assambleyası adından və şəxsən öz adımdan səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm. Azərbaycana və onun xalqına uğur və rifah arzularımı çatdırıram.
Bu fürsətdən istifadə edərək, Azərbaycan Respublikası və ATƏT arasındakı səmərəli əməkdaşlığın davam etdirilməsini arzulayıram. Əmin olun ki, bizim təşkilat əlaqələrimizi daha da möhkəmləndirmək və islahatların genişləndirilməsi, bölgədə sülh və rifaha mane olan çağırışların dəf edilməsi istiqamətində Sizin ölkənizlə sıx işləmək əzmindədir.
Bakıya mart ayındakı səfərim zamanı mənə göstərdiyiniz səmimi qonaqpərvərliyə görə Sizə bir daha minnətdarlığımı bildirirəm.
Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR