Azərbaycan Prezidenti yunanıstanlı həmkarına başsağlığı verdi
Bizi izləyin

Rəsmi xronika

Azərbaycan Prezidenti yunanıstanlı həmkarına başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev yunanıstanlı həmkarı Prokopis Pavlopulosa başsağlığı verib.

Publika.az-ın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab Prezident, Afina yaxınlığında tüğyan edən meşə yanğınları nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Yunanıstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm