Prezident İlham Əliyev Pakistanın Baş nazirini təbrik etdi
Bizi izləyin

Rəsmi xronika

Prezident İlham Əliyev Pakistanın Baş nazirini təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri vəzifəsinə seçilməsi münasibətilə İmran Xanı təbrik edib.

Publika.az xəbər verir ki, təbrikdə qeyd edilir:

"Hörmətli cənab Baş nazir,

Pakistan İslam Respublikasının Baş naziri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Pakistanı dost və qardaş xalqlarımızın iradəsindən qaynaqlanan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri birləşdirir. Ümidvaram ki, qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığımız bundan sonra da müvəffəqiyyətlə inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Pakistan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm