Rəsmi xronika
Prezident İtaliya Senatının sədrini qəbul etdi - FOTO - (YENİLƏNDİ)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 18-də İtaliya Respublikası Senatının sədri xanım Maria Elisabetta Alberti Kasellatinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Azərbaycan ilə İtaliya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayaraq yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsindən və bütövlükdə siyasi əlaqələrimizin çox yüksək səviyyədə olmasından məmnunluğunu bildirdi. “İqtisadi sahədə İtaliya bizim üçün birinci ticarət tərəfdaşıdır”, - deyən dövlətimizin başçısı bir çox İtaliya şirkətlərinin Azərbaycanda müxtəlif layihələr icra etdiyini və onlardan birinin bu il İtaliya və Azərbaycan prezidentlərinin iştirakı ilə ölkəmizdə açıldığını bildirdi. Prezident İlham Əliyev ölkələrimizin energetika sahəsində əməkdaşlıq etdiyini, mədəniyyət sahəsində əlaqələrimizin gözəl nəticələr verdiyini dedi. Dövlətimizin başçısı münasibətlərimizin hərtərəfli inkişafı üçün parlamentlərarası əlaqələrin böyük rol oynadığını vurğulayaraq bu əməkdaşlığın həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla həyata keçirildiyini bildirdi. Prezident İlham Əliyev əlaqələrimizin möhkəmlənməsində ölkələrimiz tərəfindən qəbul edilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin rolunu qeyd etdi. Dövlətimizin başçısı İtaliya Respublikası Senatının sədri xanım Maria Elisabetta Alberti Kasellatinin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin strateji tərəfdaşlıq əlaqələrimizin daha da inkişaf etdirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini bildirdi.
Qonaqpərvərliyə və xoş sözlərə görə minnətdarlığını bildirən İtaliya Respublikası Senatının sədri xanım Maria Elisabetta Alberti Kasellati dedi: “Biz bilirik ki, Azərbaycan həm ənənə, həm də mədəniyyət baxımından çox zəngin ölkədir. Təbii ki, mənim səfərim iki ölkə arasında olan dostluq əlaqələrinin bir daha təsdiqidir”.
İkitərəfli münasibətlərimizin inkişafında ölkələrimiz arasında həyata keçirilən yüksək səviyyəli səfərlərin önəminə toxunan İtaliya Senatının sədri öz səfərinin də əlaqələrimizin inkişafına töhfə verəcəyinə ümidvar olduğunu bildirdi. Ölkələrimiz və xalqlarımız arasında bir çox oxşarlığın olduğunu bildirən italiyalı qonaq dedi: “Azərbaycanda müxtəlif millətlərin dinc birgə yaşaması onu göstərir ki, İtaliya ilə Azərbaycan bu sahədə də uğurlu əməkdaşlıq həyata keçirə bilərlər”.
Görüşdə sənaye, enerji, neft-kimya, mədəniyyət, infrastruktur, kənd təsərrüfatı, ekologiya sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
Sonda xatirə şəkli çəkdirildi.
-
Nida Xəbər 11:36
General Bərxudarov vəzifədən azad olunmasına belə reaksiya verdi: "Bu söhbətin başını buraxın"
-
İqtisadi gündəm11:00
Neft həftəyə bu qiymətlə başladı
-
Sosial10:30
Yeni qanun: Müəllimləri təhqir edənlər 12 min manata qədər cərimələnəcək
-
Kriminal10:06
Bu gözəl dünya çempionunu depressiyadan xilas edərək futbola necə qaytarıb? - FOTOLAR
-
MDB09:54
Putinin ad günü tarixə düşdü: Moskvada göydən yerə...
-
MDB09:24
Ukrayna PUA-ları hücum etdi: Krımda neft anbarı belə partladıldı - VİDEO
-
Sosial08:48
Biri Bakıdakı, digəri Cəbrayıldakı evinə qayıtdı - VİDEO
-
Sosial08:24
SOS: Bakıda elə məktəb ləvazimatları satılır ki... - FOTO