Leyla Əliyevanın Yeni il təbriki - FOTO
Bizi izləyin

Rəsmi xronika

Leyla Əliyevanın Yeni il təbriki - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sosial şəbəkə hesabından izləyicilərini Yeni il münasibəti ilə təbrik edib.

Publika.az xəbər verir ki, şam ağacının yanında çəkdirdiyi şəkili İnstaqram səhifəsində paylaşan Leyla Əliyeva 2019-cu ilin hamıya xoşbəxtlik gətirməsini diləyib:

"Əziz dostlar, sizi Yeni il münasibəti ilə təbrik edirəm! Allahdan arzum budur ki, 2019-cu il hamıya xoşbəxtlik, sağlamlıq və bol-bol sevgi gətirsin! Qoy hamımız qəlbimizin səsinə qulaq asaq və birlikdə xeyirxah işlər görək, çünki bu, həm özümüzə, həm də hamıya ən yaxşı hədiyyədir! Xoş sözlərinizə və dəstəyinizə görə minnətdaram, mənim üçün bu, olduqca qiymətlidir! Hamınıza ən xoş arzularımı yetirirəm! Allah əmanətində olaq! Çox sağ olun, hamınızı sevirəm!"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm